Nitro-Fix

Görünüş

Image module
Image module

Nitro-fix haqqında

Nitro-Fix xüsusi metodla yetişdirilən azot (N) sabitləyən Azotobacter chroococcumAzotobacter vinelandii bakteriyalarıdır.
Bu bakteriyaların cinsi azot sabitləşmə prosesinin nəticəsində bitki üçün azotun (N) qaz formasını həll olunmuş mənimsəmə formasına çevirir. Bu növün nümayəndələri suda, neytral və qələvi torpaqlarda yaşayırlar. Nitro-Fix, bitkilər üçün əlçatmaz olan atmosfer azotunu bağlayan və ammonium ionları şəklində bağlanan azotun torpağa salınması ilə təbiətdəki azot dövründə mühüm rol oynayır.

pH=6.5 ±0.5            KƏGV/1ml min.: 1×109

GÖBƏLƏKLƏRƏ VƏ BAKTERİYALARA QARŞI TƏSİR:

Alternaria sp., Pythium de Baryanum, Fusarium oxysporum, Fusarium vasinfectum, Fusarium moniliforme, Fusarium lini, Cladosporium sp., Scolecotrychum sp., Helmintosporium sativum, Botrytis sp., Verticillium dahliae., Rhizoctonia sp., Puccinia triticina, Septoria graminum,  Actinomyces sp.

İstifadə qaydaları

İstifadə etməkdən qabağ göstərilmiş dozada 1 saat ilıq suda (30oC) aksivassiya üçün saxlayın. Spreyləmə və suvarma saat 19:00-dan sonra axşam saatlarında keçirilməlidir.

Pomidor, bibər, salat, badımcan, sitrus meyvələri, zeytun, albalı, alma, qarpız, qovun, çiyələk, mərzə, maydanoz:
– Torpaqa verilmə: 1L preparat 1000 litr xlorsuz su ilə qarışdırılır və torpaqa verilir.
– Püskürtmə: 0,3L preparat 300 litr xlorsuz su ilə qarışdırılır və bitkinin üzərinə püskürdülür.

Lobyalılar, düyü, taxıl, kartof, pambıq, çuğundur, soğan, qarğıdalı, fıstıq:
– Torpaqa verilmə: 0,5L preparat 1000 litr xlorsuz su ilə qarışdırılır və torpağa verilir.
– Püskürtmə: 0,5L preparat 300 litr xlorsuz su ilə qarışdırılır və bitkinin üzərinə püskürdülür.

Bütün bitkilər üçün:

  • 1-ci dəfə əkinnən 10-15 gündən sonra,
  • 2-ci dəfə 30-cu gün əkindən sonra,
  • 3-cü dəfə 55-ci gün əkindən sonra.

Qeyd: Maksimal effektiv nəticə almaq üçün püskürtmə zamanı məhlula qeyri-ionik yapışdırıcı (PVA kley) qatıb istifadə edin – 1,5% migdarında yapışdırıcı suya nisbeti.

Diqqət

  • Püskürtmə zamanı 3.4 atmosfer təzyiqi (50 psi) aşmayın.
  • Su ilə qarışdıqdan sonra 6 saat ərzində istifadəni tamamlayın.
  • Istifadə edərkən tibbi maska və gözlük istifadə edin. Kontakt halında su ilə yuyun.
  • Preparatı dondurmayın.
  • Nitro-Fix-ın təbii çöküntüsü var. Çalxalayıb istifadə edin.
  • Kimyəvi preparatlarla qarışdırıb birgə istifadə etmək qadağandır!!!

Saxlama

24 ay quru qaranlıq yerdə +4oC ± 2oC temperaturlarda saxlayın.
12 ay quru qaranlıq yerdə +10oC ± 2oC temperaturlarda saxlayın.

İstehsal tarixinə qabın üzərində baxın.

Sənədlər

Məhsulun pasportu (PDF)
Broşür (PDF)

Razılaşmalar və sertifikatlar

  • 1L. plastik qab
  • 10L. polietilen qab
  • 20L. polietilen qab

Ayrı mikrobioloji gübrələr

Image
Fermentstart
Image
Bactovit
Image
Tricho-Guard
Image
BGS 1008-6